Misli Premyer Liqasının 24-cü turunda "Turan Tovuz"la qarşılaşan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini belə çatdırıb.
"İlk öncə azarkeşlərimizə minnətdarıq ki, soyuq havada komandamızı dəstəklədilər. Oyun haqqında qısa danışacağam. Biz oynadıq, "Turan Tovuz" qələbə qazandı. Bir epizoda girdilər, qol oldu. Amma biz 3 dəfə yüz faizlik epizodu dəyərləndirə bilmədik. Bir qol lazım idi, amma bunu edə bilmədik. Gələn oyunlara baxacağıq, çempionat davam edir".