Futbol üzrə Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ulsan”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Start "11-lik"də yer alan Anton sonadək oynayıb.
Hazırda 3 xalı olan “Daejeon” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.