Azərbaycanlı hücumçu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Transferfeed" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı forvard hazırda Ekstraklasa təmsilçisi "Radomyak"la danışıqlar aparır. Maaşlarının ödənilməməsinə görə Türkiyə klubu "Ankaragücü"dən ayrılan Renat Polşa çempoinatında oynamağa can atır. Millimizin üzvü artıq Polşaya yollanaraq Radom təmsilçisinin "Legiya" ilə oyununu izləməsi klubun onu almaqda ciddi maraqlı olduğunu göstərir.
Xüsusi nəsə baş verməsə, Polşa klubu qışın son imzası kimi onun transferini tezliklə elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.