Braziliya yığmasının sabiq hücumçusu, karyerasını 8 il öncə bitirmiş Adrianonun oğlu Avropada top qovacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Globo" yayıb.
Mənbənin məlumatına görə, tam adı Adriano Karvalyo Ribeyro olan "Adrianinyo" Portuqaliyanın “Academica de Coimbra” klubu ilə müqavilə imzalayıb. 18 yaşlı futbolçu Portuqaliya təmsilçisinə 2023-cü ildən şərəfini qoruduğu Rio-de-Janeyro "Serrano"sundan transfer olunub.
Qeyd edək ki, zədələr və şəxsi problemlər səbəbindən 2016-cı ildə karyerasını rəsmən başa vuran ata-AdrianoBraziliya millisində 48 oyuna çıxaraq 27 qol vurub.
Mirağa