Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov apreldə UEFA İcraiyyə Komitəsini tərk edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.
Dyukovun adı komitəyə yenidən seçilmək üçün namizədlər siyahısına daxil edilməyib. Səbəbi isə hələ açıqlanmayıb.
Qeyd edək ki, rusiyalı funksioner 2021-ci ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür. O, fevral ayında RFİ-nin yeni müddətə prezidenti seçilib.
Aleksandr Dyukov yanvar ayından “Qazprom”un rəhbəri kimi sanksiyalara məruz qalıb.