AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, qurum rəsmisi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin matçında iş başında olacaq.
Məmmədov “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununa təyinat alıb. O, görüşün matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.