FIFA Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor"un 6 xalını silib.
Fanat.Az xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib.
Bu mövsümün gedişində Adana təmsilçisinin 3 xalı silinmişdi.
Beləliklə, sözügedən komanda "-9" xal geri düşüb. Nəticədə hesabında 3 xal qalan komanda sonuncu - 19-cu yerdə qərarlaşıb.