“Real Madrid” İspaniya Kubokunun yarımfinalında bu gün “Real Sosyedad”la üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, “Kral klubu”nun üç aparıcı oyunçusu görüşü buraxacaq.
Bu barədə AS nəşri məlumat yayıb.
Xəbərə görə, baş məşqçi Karlo Ançelotti dişini çəkdirən Kilian Mbappe ilə, qapıçı Tibo Kurtua və Cud Bellinqemə istirahət verməyi lazım bilib.
“Real Sosyedad” - “Real Madrid” matçı Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.