Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşündə “Səbail”i 3:1 hesabı ilə üstələyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis yarımfinala adladıqları matçla bağlı bunları deyib: “Futbolçularımı təbrik edirəm. Hava soyuq, rəqib güclü idi. Bizə xeyli problem yaşatdılar. Maraqsız oyun olmadı. Xeyli qollar oldu və bəziləri də sayılmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Xatırladaq ki, bu komandalar arasındakı ilk matçda 1:0 hesabı ilə üstün olan “Qarabağ” yarımfinala vəsiqəni təmin edib.