Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olan “Səbail”in məşqçisi Elvin Məmmədov görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis matçla bağlı bunları deyib: “Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk. Son matçlarda oyunumuzda inkişaf var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıda çempionat oyunumuz var. Ona hazırlaşırıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. “Şamaxı” ilə matç bizim üçün 6 xallıq final oyunudur. “Səbail” ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik”.
Xatırladaq ki, bu komandalar arasındakı ilk matçda 1:0 hesabı ilə üstün olan “Qarabağ” yarımfinala vəsiqəni təmin edib.