"Liverpul"la müqaviləsi cari mövsümün sonunda başa çatacaq Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Mənbənin məlumatına görə, "İnter" onunla ciddi maraqlanır. Hətta 32 yaşlı misirli vingerin “İnter”lə ilkin danışıqlar apardığı bildirilib. "Neradzurri" rəhbərliyi Salahı hücumu gücləndirmək üçün ideal namizəd hesab edərək, onu azad agent kimi ələ keçirmək imkanını nəzərdən keçirir. Ulduz futbolçunun komandanın yeni taktiki modelində əsas fiqur olacağı gözlənilir.
Məhəmməd Salah bu mövsüm bütün turnirlərdə 39 matçda meydana çıxıb, 30 qol vurub və 22 məhsuldar ötürmə verib.
Mirağa