"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil "Barselona" ilə "Real Madrid" haqda fikirlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Managing Barca" son turda Kataloniya klubuna o:4 hesabı ilə uduzan komandanın çalışdırıcıısının dediklərini belə çatdırıb:
"Barselona" və "Real" iki böyük komandadır, amma fərqlidirlər. Flikin rəhbərliyi altında "Barsa" tamam başqa səviyyədədir və möhtəşəm futbol nümayiş etdirir".
Qeyd edək ki, Hans-Diter Flikin baş məşqşçisi olduğu "Barselona" 57 xalla turnir cədvəlində "Atletiko Madrid" (56) və "Real Madrid"i (54) qabaqlayaraq birinci yerdədir.
"Real Sosyedad" isə 34 xalla İspaniya La Liqasında 9-cu pillədə qərarlaşıb.
Mirağa