"Liverpul"un hücumçusu Məhəmməd Salah sevimli futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, CNN misirli ulduzun dediklərini belə təqdim edib:
"PlayStation" oynayanda komandam üçün Stiven Cerrardı seçirdim. O, həmişə bəyəndiyim yeganə oyunçudur. Cerrard müxtəlif məsafələrdən çoxlu qol vurub. Onunla iki dəfə görüşmüşəm. İnanılmaz biri, böyük insan".
Stiven Cerrard "Liverpul"un əfsanəsidir. İngilis veteran Mersisayd klubunun heyətində Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.
Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində Premyer Liqada 28 oyun keçirib, 25 qol vurub və 17 məhsuldar ötürmə edib.
Mirağa