Misli Premyer Liqasının 25-ci turunda evdə "Neftşi"yə 1:0 hesabı ilə qalib gələn "Kəpəz"in baş məşqçisi Azər Bağırov qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında belə danışıb:
"Maraqlı, mübarizəli və qol şansı baxımından baxımlı oyun oldu. Hesab daha böyük ola bilərdi. Oyunlarda çoxlu qol epizodları yaradırıq. Amma istifadə edə bilmirik. Bugünkü görüşdə də eyni hal baş verdi. Vəziyyətlərdən maksimum yararlanmaqda çətinlik ilə üzləşdik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası geniş olan rəqibə qarşı oynadıq.
Futbolda epizodlar qol da ola bilər, olmaya da. Görüşün sonunda qol şanslarını dəyərləndirə bilsəydik, bizim üçün daha rahat olardı. Çünki oyunun sonlarında ajiotaj yaranmışdı. Komandamı Bakıdakı qarlı havada uduzduğumuz kubok oyunundan sonra yaxşı motivasiya edə bilmişdik.
Vaqif Cavadovun açıqlaması ilə tanış deyiləm. "Sumqayıt"la səfərdə oynayacağıq, onların heyəti güclüdür. Təbii ki, bunlar ehtiyatlanmağa əsas verir. Qalanını oyun göstərəcək".
Mirağa