"Barselona" klubu ispan müdafiəçisi İniqo Martineslə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi bu yayda başa çatacaq Martineslə sözləşmənin müddəti uzadılıb. 33 yaşlı mərkəz müdafiəçisi növbəti mövsümünün sonuna kimi Kataloniya klubunda qalacaq.
Qeyd edək ki, İniqo Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. O, bu mövsüm komandanın heyətində 33 rəsmi matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.