13:43 14.03.2025 450

"İspaniyada futbolçulara mütəmadı olaraq bu məşqlər keçirilir" - Məmmədzadə

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Müasir futbolda fiziki hazırlıq daha ön plandadır. Çünki inkişaf səviyyəsi bunu tələb edir. Rəqiblə başabaş mübarizədə qalib olmaları üçün indi futbolçulardan texniki bacarıqlarla yanaşı, xüsusi dözümlülük və sürət-güc tələb olunur. Başqa idman növləri ilə yanaşı, futbolda fiziki hazırlığın daim təkmilləşdirilməsinə ehtiyac var. Fiziki hazırlıq nə qədər yaxşıdırsa, futbol vərdişlərinə yiyələnmək bir o qədər effektli olur. Oyunlarda sürət yüksək olarsa, futbolçuların düşünmə sürəti, topla rəftarı, texniki imkanları da templə uzlaşmalıdır. Əks halda, futbolçular tez yorulacaq, “brak”lar çoxalacaq, rəqib sonda üstün olacaq. Aparıcı futbol ölkələrində uşaqların akademiyalara qəbul zamanı ümumi göstəriciləri ilə birgə sürət keyfiyyətləri də yoxlanılır, xüsusi diqqət yetirilir. "Böyük 5-lik” ölkələri bir yana, Niderland, Belçika, Danimarka kimi çempionatlarında belə, bütün komandalar sürətli, dinamik futbola üstünlük verir. 



Bundan başqa, fiziki hazırlığın yüksək olması zədə riskini də azaldır. Oyunçunun uzunmüddətli düzgün inkişafı futbol bacarıqlarının yaxşılaşmasına, eləcə də fiziki hazırlığının yüksəlməsinə imkan verir. Mütəxəssislərin "futbol məqşləri yüngül atletikadan tamamilə fərqlənməli və fiziki hazırlıq bu idman növü üçün tələb olunan yüksək güc və dözümlülüyə uyğun şəkildə qurulmalıdır" tezisi əbəs deyil...Aparılmış bir çox tədqiqatlar göstərir ki, futbolçular fiziki hazırlıq səviyyəsinə görə başqa idman növlərinin əksəriyyətindən geri qalır. Məsələyə Azərbaycan futbolu prizmasından yanaşdıqda isə durum daha aktualdır. Fiziki hazırlıq futbolumuzun ən yaralı yeridir. 90-cı illərdə hətta el arasında zarafatla belə ifadə yayılmışdı ki, "matç 90 dəqiqə oynanılsa, futbolçularımız hər oyun xal qazanarlar". Zaman-zaman məşqçilər özləri də futbolçularımızın oyun ərzindəki dözüm tempini "bir hissəlik", "bir saatlıq" təyini ilə ifadə edərək onları "çatdırmamaq"da günahlandırırdılar. Həqiqətən də istər milli komandamız, istərsə də klublarımız beynəlxalq oyunlarda 60-cı dəqiqədən sonra fiziki cəhətdən yorulurdular. Təbii ki, həmin vaxtlar futbolumuzdakı maddi-texniki baza da zəif idi. Son illərdə bu məsələdə müəyyən irəliləyişlər var, klublarımızın maddi-texniki bazası xeyli artıb, hətta autsayder klublarımız da ölkə xaricində hazırlıq keçirlər. Bununla belə, problem hələ də tam olaraq öz həllini tapmayıb, xüsusilə aşağı yaş qruplarımızdan ibarət milli komandalar fiziki yöndə axsayırlar. Bunun isə kökü istənilən halda təmələ, uşaq futboluna dirənir. Təəssüf ki, bu gün uşaqların fiziki-atletik hazırlıq baxımından problemləri var. Təbii ki, burada ilk növbədə təməlin düzgün qoyulmadığı etiraf olunmalıdır. Digər vacib məsələ isə bu istiqamətdə kadr çatışmazlığıdır. Təsadüfi deyil ki, əksər klublarımızda fiziki hazırlıq üzrə məşqçilər əcnəbilərdir. Onlar xarici təcrübədən yararlanaraq bu istiqamətdə problemləri tam olmasa da, yoluna qoymağa çalışırlar. Odur ki, futbolçularda fərdi xüsusiyyətləri nəzərə alıb məşq prosesinin səmərəsini artırmaqla, fiziki keyfiyyətlərin təkmilləşdirilməsini həyata keçirmək olar. 

Artıq bir çox tanınmış ölkələrdə sınanmaqda olan belə səmərəli metodlardan biri də fitboks məşqləridir. 



Boks üzrə məşqçi, eyni zamanda fitboks üzrə mütəxəssis Ramil Məmmədzadə Fanat.Az-a bildirib ki, bu idman növü həm də futbol üçün əhəmiyyət kəsb edir: 

“Fitboks fitnes və boksun hibridindən yaranıb. Lakin bi idman növündə boks elementləri dominantlıq təşkil edir. Fitboks yüksək intensivli kardio məşqləri ilə dözümlülüyü artırır. Bu baxımdan, digər idman növləri, xüsusilə futbolla məşğul olanların fitboks məşqləri keçməsi məqsədəuyğundur. Xaricdə, xüsusilə İspaniyada futbolçulara mütəmadı olaraq fitboks məşqləri də keçilir. Təəssüf ki, fitboks hələ Azərbaycanda populyarlıq qazanmayıb, bu baxımdan, klubların diqqətindən kənarda qalıb”, - deyə Ramil Məmmədzadə bildirib. 



Məşqçi əlavə edib ki, futbolçuların matçboyu eyni tempdə qaçması və enerjini idarə etməsi üçün fitboks məşqləri ideal seçimdir: “Fitboksda sürətli hərəkətlər və koordinasiya önəmlidir. Futbolçuların tez reaksiya verməsi və sürətli qərarlar qəbul etməsi üçün fitboksdan yararlana bilərlər. Bugünkü futbolda sürət önəmli roy oynayır. Fitboks da məhz bunu öyərdir. 

Bu gün uşaq futbolu demək olar inkişafdan qalıb. Yaxşı futbolçu yetişdirmək üçün futbolla məşğul olan uşaqlara fitboks məşqləri keçirilməsi yaxşı olardı. 

Fitboks zərbə texnikaları ilə bədənin əsas əzələ qruplarını gücləndirir. Futbolçuların güclü dayanması, rəqiblə mübarizə aparması və daha yaxşı zərbələr vurması üçün fitboks vacibdir. Bu idman növü stressi azaldır, konsentrasiyanı artırır və futbolçuların matçlarda psixoloji cəhətdən daha güclü olmasını təmin edir. Fitboks məşqlərində koordinasiya və əzələ yaddaşı inkişaf edir. Futbolçuların topa nəzarəti və meydanda hərəkəti daha dəqiq olur. Fitboks futbolçular üçün əlavə məşq kimi keçildikdə onların gücü, dözümlülüyü, çevikliyi və psixoloji dayanıqlığı arzulanan səviyyəyə çatır. Bu da oyunçuları daha güclü və hazırlıqlı edir”.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X