Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu komanda 26-cı tur çərçivəsində “Qröyter”i qəbul edib.
Meydan sahibləri matçdan 3:0 qalib ayrılıblar. "Nürnberq"in qollarını Yulian Yuştvan (4, 39) və Stefanos Tsimas (45+4) vurublar.
Mahir matça ehtiyat oyunçular skamyasından başlayaraq 81-ci dəqiqədə meydana çıxıb. O, qalan dəqiqələr ərzində heç nə ilə yadda qalmayıb.
Bu qələbədən sonra xalını 41-ə yüksəldən “Nürnberq” 7-ci yeri tutur.