"Mançester Siti" klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrinə görə ispaniyalı baş məşqçi Pep Qvardiolanı istefaya göndərməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "E-noticies" yayıb.
Mənbənin məlumatına görə, "şəhərlilər" artıq Pepin mümkün əvəzləyicini də tapəblar. Söhbət "Barselona"nın və İspaniya millisinin sabiq oyunçusu, hazırda İtaliyanın "Komo" klubunu çalışdıran Sesk Fabreqasdan gedir. "Mançester Siti" onu bu yay komandaya cəlb etməyə çalışacaq.
"Mançester Siti" hazırda Premyer Liqada beşinci yerdədir, Çempionlar Liqasında isə pley-off mərhələsinin startında komanda "Real Madrid" tərəfindən mübarizədən kənarlaşdırılıb.
Mirağa