Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Haiti ilə gücünü sınayıb.
Tərəflər Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda üz-üzə gəliblər. Türkiyədən olan hakimlər briqadasının idarə etdiyi matç yığmamızın böyük hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi ikinci yoxlama oyununu martın 25-də Belarus millisinə qarşı keçirəcək.
Beynəlxalq yoldaşlıq oyunu
22 mart
Azərbaycan – Haiti 0:3
Qollar: Frants Pyerro, 9; 63. Jan-Jak, 83.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84.
Hakimlər: Kadir Sağla, Deniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə), Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 19. Nəriman Axundzadə, 17. Toral Bayramov, 10. Mahir Emreli
Baş məşqçi: Fernandu Santuş
Haiti: 1. Aleksandr Pyerr, 8. Marten Eksperyans, 4. Rikardo Ade (k), 22. Jan-Keven Dyuvern, 2. Arkus Karlen, 17. Denli Jan-Jak, 14. Leverton Pyerr, 21. Kristofer Attis, 20. Frants Pyerro, 10. Luisius Dedson, 9. Dyukens Nazon.
Baş məşqçi: Sebastyan Miqne.