"Ştutqart" klubu rəsmi saytı vasitəsilə baş məşqçi Sebastyan Hönes ilə müqaviləni uzatdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis 2028-ci ilin ortalarına kimi müddətə müqaviləyə imza atıb.
Sebastyan Hönes 2023-cü ilin aprelində "Ştutqart"ın baş məşqçi təyin olunub. O vaxtdan bəri komanda 89 rəsmi oyun keçirib, 49 qələbə, 16 heç-heçə və 24 məğlubiyyət əldə edib.
Şvabiyalılar hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 10-cu yerdədir.