Almaniyanın "Dinamo Berlin" komandası Liqa Kubokunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komandada çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov turnirin 1/4 finalında "Kroatiya" ilə matçın iştirakçısı olub.
“Dinamo” evdə rəqibini 3 cavabsız qolla darmadağın edib. Start heyətində meydana çıxan və matçı əvəzolunmadan keçirən Dadaşov qarşılaşmanın 60-cı dəqiqəsində komandasının 2-ci qolunun müəllifi olub.
Beləliklə, Rüfətin komandası yarımfinala yüksəlib. Turnirə mayın 24-də yekun vurulacaq.