DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Amerika zonasında 14-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gecə baş tutan görüşlərdə gözlənilməz nəticələr qeydə alınıb.
Turun ən prinsipial qarşılaşmasında Argentina millisi Braziliya yığmasını qəbul edib. Buenos-Ayresdəki “Mas Monumental” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, DÇ-nin son qalibi Cənubi Amerikadan 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazanan ilk milli komanda olub. Lionel Skaloni komandasının 14 oyundan sonra 31 xalı var. Eyni sayda matçda 21 xal toplayan Braziliya üçüncü yerdədir.
DÇ-2026
Amerika zonası, 11-ci tur
15 noyabr
Argentina - Braziliya 4:1
Qollar: Alvares, 4. Fernandes, 12. Makallister, 37. Simeone, 71 - Kunya, 26.
Boliviya - Uruqvay 0: 0
Çili - Ekvador 0:0
Kolumbiya - Paraqvay 2:2
Qollar: Dias, 1. Duran, 13 - Alonso, 45+4. Ensiso, 62.
Venesuela - Peru 1:0
Qollar: Rondon, 41-pen.