Maykl Oliver və Entoni Taylor kimi ən yaxşı ingilis hakimləri ildə təxminən 250 min funt sterlinq qazanırlar.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Hakimlər Komitəsinin rəhbəri Hovard Uebb İngiltərə Futbol Liqasının 72 klubunun iclasında Premyer Liqa hakimlərinin nə qədər pul aldığını açıqlayıb.
Mənbəyə görə, Premyer Liqa hakiminin orta maaşı ildə 170-180 min funt sterlinq arasındadır. Eyni zamanda, ən yaxşı hakimlər təxminən 250 min funt sterlinq qazanırlar.
Hakimlərə əsasən əmək haqqı ödənilir. Bundan başqa, bonuslar və matç qonorarları da var.
Hakimlər həmçinin beynəlxalq yarışlarda iştiraka görə qazanclarını artıra bilərlər. Keçənilki hesabatda ingilis hakimlərin Çempionlar Liqasında hər oyuna görə 5300-9000 funt sterlinq aralığında qonorar aldıqları bildirilib. Dünya çempionatı kimi böyük turnirlərdə isə məbləğ daha böyükdür - 38000-54000 funt sterlinq.
Mirağa