"Barselona"nın yarımmüdafiəçisi Pedri komandanın oyun tərzi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ulduz futbolçunun dediklərini belə çatdırıb:
"Düzünü desəm, əvvəllər futbol oynamaqdan bu qədər həzz almamışdım. Karyeramın ən yaxşı formasındayam".
Bu mövsüm 22 yaşlı ispaniyalı bütün turnirlərdə 45 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
29 turdan sonra İspaniya çempionatının turnir cədvəlinə 66 xalla "Barselona" başçılıq edir. Kataloniya təmsilçisi aprelin 5-də "blauqrana" La Liqanın 30-cu turu çərçivəsində doğma meydanda "Betis"i qəbul edəcək.
Mirağa