FIFA yığma komandaların 2025-ci ildə ilk reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin də sıralamadakı mövqeyi bəlli olub.
Fernandu Santuşun baş məşqçisi olduğu yığmamız ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib. Milli 1160,64 xalla 119-cu sıraya enib. Buna beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzmağımız səbəb olub.
Siyahıya 1886,16 xalla Argentina başçılıq edir. İspaniya 1854,64 xalla ikinci, Fransa 1852,71 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Fransa bir pillə geriləyib. Digər rəqiblərə gəlincə, Ukrayna 1559,81 xalla 25-ci pillədə qalıbsa, 1336,55 xala malik İslandiya 4 pillə geriləyərək, 74-cü mövqeyə enib.
Türkiyə millisi 1551,47 xalla 1 pillə irəliləyib və 27-ci yerə yüksəlib.