Birinci Liqada 20-ci turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 2 oyun baş tutub.
Səfərdə “Baku Sportinq”lə qarşılaşan “Qəbələ” Premyer Liqaya vəsiqəni darmadağınla təmin edib. Rəqibini 5 cavabsız qolla yenən bölgə təmsilçisi xallarını 52-yə çatdırıb və beləliklə, çempionatı ilk “3-lük”də başa vuracağı rəsmiləşib.
“İmişli” isə MOİK üzərində minimal hesablı qələbə qazanaraq Premyer Liqa yolunda daha bir vacib addım atıb.
Birinci Liqa
20-ci tur
4 aprel
“Baku Sporting” – “Qəbələ” 0:5
Qollar: Nicat Əliyev, 20; 89. Domi Massumo, 43. Elşad Tağıyev, 79; 86.
“İmişli” – MOİK 2:1
Qollar: İdris İnqilablı, 57. Oluvasen Timilehin, 83 – İbrahim Əliyev, 90-pen.
Turun digər oyunları:
“Cəbrayıl” – “Qaradağ Lökbatan” 0:0
“Difai” – “Karvan” 2:2
“Mingəçevir” – “Zaqatala” 3:5