"İnter Mayami"nin hücumçusu Lionel Messi klub tarixinin ən məhsuldar oyunçusu olub.
Fanat.Az "Opta"-a istinadən xəbər verir ki, 37 yaşlı ulduz futbolçu MLS-də "Toronto" ilə qarşılaşmada (1:1) qol vuraraq buna nail olub.
Beləliklə, Messi 44 qolun (qol+ötürmə) iştirakçısı olub. O, MLS-də 24, KONKAKAF-da 5, kubokda 1 qol vurub.
Lionel Messi 2023-cü ilin yayından indiki komandasında çıxış edir. Argentinalı forvardın "İnter Mayami" ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatır.