Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız səfərdə Monteneqro ilə üz-üzə gələcək.
Niksiç şəhər stadionunda baş tutacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, qrupda hərəyə 4 xalı olan Azərbaycan və Moneneqro birinci və ikinci yerləri bölüşürlər. Sonuncu pillədə qərarlaşan Litvanın isə aktivdə xal yoxdur.
UEFA Millətlər Liqası (Qadınlar)
C Liqası, IV qrup
8 aprel
20:00. Monteneqro – Azərbaycan
Hakimlər: Marta San Juan, Karlos Qonçalves, Luis Akosta, Antoni Çiaramonti (hamısı Andorra).
Niksiç şəhər stadionu.