"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"lə ilk oyunda (3:0) tarixi qollara imza atıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Rays Çempionlar Liqasının pley-off matçında cərimə zərbələrindən iki qol vuran ilk oyunçu olub.
Matçdan sonra UEFA onu matçın ən yaxşı oyunçusu kimi tanıyıb.
26 yaşlı yarımmüdafiəçi oyunun 58-ci dəqiqəsində baxımlı cərimə zərbəsi ilə topu Tibo Kurtuanın qapısından keçirib. 12 dəqiqə sonra o, uzaq "doqquzluğ"a dəqiq zərbə endirib.
Qeyd edək ki, "Arsenal" - "Real Madrid" cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.
Mirağa