İngiltərə Premyer Liqası 2025/26 mövsümü üçün UEFA Çempionlar Liqasında əlavə yer alıb.
Fanat. Az xəbər verir ki, bu, ötən gecə London "Arsenal"ının "Real Madrid" üzərində inamlı qələbəsindən sonra reallaşıb.
İngiltərə komandaları UEFA klub əmsalı reytinqində ilk iki yerdən birini təmin ediblər.
Xatırladaq ki, “Arsenal” ikinci hissədə üç cavabsız qol vuraraq “Real Madrid” üzərində böyük hesablı qələbə qazanıb. Cavab oyunu 16 apreldə Madriddə keçiriləcək.
Mirağa