Portuqaliyanın "Sportinq" klubunun görkəmli skautu Aurelio Pereyra 77 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mütəxəssis 1988-ci ildən Portuqaliya nəhəngində istedadlı gənclərin üzə çıxarılmasına cavabdeh idi. "Şirlər"in akademiyasına Kriştianu Ronaldu, Luiş Fiqu və Paulu Futreni gətirən Pereyra olub.
"O, Portuqaliya və "Sportinq" tarixinin ən böyük skautlarından biri kimi yadda qalacaq", - klubun açıqlamasında belə deyilib.
Xatırladaq ki, Kriştianu 2002-ci ildə "yaşıl-ağlar"ın heyətində debüt edib, növbəti il isə 12,24 milyon avroya "Mançester Yunayted"ə keçib.
Mirağa