"Qalatasaray"ın ulduzu Mauro İkardi bərpa məşqlərinə başlayıb.
Fanat.Az xəbər verir ki, argentinalı ulduzun yeni sevgilisi Çin Suares "Instagram" səhifəsində paylaşım edərək İkardinin idman zalında necə çalışdığını nümayiş etdirib.
Keçənilki zədədən sonra yenidən formaya düşməyə çalışan Mauro stasionar velosipeddə məşq edir, topla məşqlər edir və əməliyyat olunan diz əzələlərini gücləndirmək üzərində işləyir. Yeni rəfiqəsi paylaşdığı videonun üzərində onu həvəsləndirən ifadələr yazıb: "Başladı. Artıq çox uzaqda deyil. Səylər həmişə bəhrəsini verir".
Xatırladaq ki, İkardi ötən ilin noyabrında diz çarpaz bağlarından zədə alıb və dekabrda əməliyyat olunub.
Mirağa