Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib
Fanat.Az xəbər verir ki, 1/4-in ilk oyunlarının hamısı eyni gündə baş tutub.
“Latsio” Norveçdə “Budyo Qlimt”ə məğlub olub. “Atletik” isə səfərdə “Reyncers”lə bacarmayıb.
“Tottenhem” evdə “Ayntraxt”la heç-heçə edibsə, “Mançester Yunayted” Fransada “Olimpik Lion” ilə bərabərliyə razılaşıb.
Qeyd edək ki, 1/4 finalı cavab oyunları 22 apreldə keçiriləcək.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel
“Budyo Qlimt” (Norveç) – “Latsio” (İtaliya) 2:0
Qollar: Saltnes, 47; 69.
“Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1
Qollar: Porro, 26 – Ekitike, 6.
“Olimpik Lion” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) 2:2
Qollar: Almada, 26. Şerki, 90+5 – Yoro, 45+5. Zirkze, 88.
“Reyncers” (Şotlandiya) – “Atletik Bilbao” (İspaniya) 0:0