21:11 12.04.2025 1500

MPL: "Turan Tovuz" evdə, "Şamaxı" səfərdə qalib gəldi

Misli Premyer Liqasında 30-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turda bu gün daha iki qarşılaşma baş tutub.

"Turan Tovuz" doğma meydanda "Sabah"ı qəbul edib. Son vaxtlar uğursuz nəticələri ilə diqqət çəkən rusiyalı mütəxəssislərin dueli "qara zolaq"dan çıxmaq baxımından prinsipial idi. Hesabı qonaqlar açsalar da, ilk yarının sonlarında azlıqda qalıblar. İkinci yarıda say üstünlüyündən faydalanan "boz qurdlar" 1 dəqiqəyə 2 qol vuraraq qələbə qazanıblar.

Günün digər qarşılaşmasında isə "Şamaxı" "Sumqayıt"ın qonağı olub. Premyer Liqada qalmaq baxımından vacib oyunda hesabı meydan sahibləri açsalar da, bölgə təmsilçisi fasilədən sonra vurduğu qolla 3 xalı əldə edib. Nəticədə, Ayxan Abbasovun komandası turnir cədvəlində "Sumqayıt"ı qabaqlayaraq 7-ci yerə yüksəlib.

Qeyd edək ki, dünən turun açılış oyununda "Qarabağ" "Səbail"i böyük hesabla (4:1) yenib. Tura 13 apreldə "Kəpəz" - "Araz-Naxçıvan" və "Neftçi" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
30-cu tur
12 aprel  

“Turan Tovuz” – “Sabah” 2:1 
Qol:
Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 - Anatoli Nuriyev, 14.
Qırmızı vərəqə: Pavol Şafranko, 45+1 ("Sabah")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov, Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu.

"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.

"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 33. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

“Sumqayıt” – “Şamaxı” 1:2. 
Qollar:
Roi Kehart, 9 - Maykl Tuik, 57. Alfons Msanqa, 60.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov, Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç,  11. Momo Yansane, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

"Şamaxı": 1. Rikardo Fernandes, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 32. Vasiliye Radenoviç.
Baş məşqçi: Ayxan Abbasov.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Aprel 2025
11:51

Mbappenin cəzası bəlli oldu - SON DURUM

11:33

"Barselona"nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

11:15

Böyük İpək Yolu: Azərbaycanın 11 boksçusu finala yüksəldi

10:57

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

10:38

Amansız mübarizə, bol qollar, geridönüşlər... – Tura baxış

10:20

Azərbaycan millisi qrup lideri ilə qarşılaşır

10:02

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürür

09:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

ÇL: Yarımfinalın ilk iki iştirakçısı müəyyənləşir - YENİLƏNİR

09:00

Avroliqanın qalibi 6 aylıq sıradan çıxdı

01:44

İspaniya La Liqası: "Atletiko Madrid"dən minimal hesablı qələbə

01:12

İPL: “Bornmut"a 1 qol bəs etdi

00:57

İtaliya A Seriyası: "Napoli"dən darmadağın

14 Aprel 2025
23:48

Türkiyə Super Liqası: "Eyüpspor" rəqibini rüsvay etdi

23:22

ABL: Pley-in mərhələsində daha bir oyun baş tutdu

22:44

Qvardiola "Mançester Siti"nin ulduzunun müqavilə yenilədiyini təsdiqlədi

22:18

"Arsenal" ulduzu ilə uzunmüddətli müqavilə imzalayır - Maaşı bu qədər olacaq

21:37

NTD - "Abşeron" duelinin güclüsü üçüncü görüşdə bilinəcək

21:16

"Zirə"nin əvəzediciləri "Neftçi"yə qalib gəldi

20:49

Əli Əliyevlə yeni müqavilə razılaşdırıldı

20:22

Azarkeşlər stadion almaq üçün milyonlar topladılar - Aksiyaya rəqibin prezidenti də qoşuldu

19:51

"Quba"nın baş məşqçisi hakimi qınadı

19:14

"Quba" ilə 10 görüşdə də qarşılaşsaq..." - Alberto Blanko

18:53

"Real Madrid"in futbolçuları məşqdə dava etdilər - "Arsenal"a darmadağının fəsadı

18:24

"Nyukasl" bizdən üstün, bizdən güclü idi" - Ruben Amorim

17:58

U-17 ilk oyunda uduzdu

17:32

AFFA əməkdaşları UEFA-nın tədbirində iştirak etdilər

17:13

"Arsenal" yeni hücumçu tapdı

16:50

ABL: "Ordu" pley-offda

16:25

Modriç bu klubun səhmlərini alır

16:07

"O, tarixin ən yaxşı futbolçusudur" - Mark-Andre ter Ştegen

15:49

"Komanda yoldaşlarıma görə məyusam" - MY-nin kapitanı

15:30

Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edilib

15:12

Asiya Kuboku: Özbəkistan millisi yarımfinala yüksəldi

14:53

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

14:35

Azərbaycanın taekvondoçuları Estoniyada 6 medal qazandılar

14:16

Manuel Noyerin "Cüzeppe Meazza"da oynaya bilib-bilməyəcəyinə aydınlıq gəldi

13:57

Bakıda keçirilən beynəlxalq turnirdə qalmaqal yaşandı - VİDEO

13:38

Azərbaycan üzgüçüləri Çexiyada 17 medal qazandılar

13:06

"Araz-Naxçıvan"da yeni müqavilə - Avrokuboka hazırlıq başladı

Facebookdan bizi izləməyi unutmayın.
X