Türkiyə Super Liqasının lideri "Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenlə ayrılmaq fikrində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti İbrahim Hatipoğlu AS-a açıqlamasında belə deyib:
"Osimhenin "Samsunspor"la matçdan sonrakı sözləri vida kimi səslənsə də, klub onu saxlamaq istəyir. Onun müqaviləsinin müddətini uzatmaq üçün bütün maliyyə və idman şərtlərini yerinə yetirməyə hazırıq. Futbolçu getsə belə, "Qalatasaray"ın hər zaman ürəyində olacaq".
Qeyd edək ki, Viktor Osimhen oyunsonrası açıqlamasında belə deyib: "Hər kəs üçün yaxşı olacaq qərar mövsümün sonunda veriləcək. "Qalatasaray" həmişə ürəyimdə qalacaq. Əlbəttə, söz-söhbətlər var, amma indiki zamanla yaşamağa üstünlük verirəm. Burada oynamaqdan həzz alıram, klubu bəyənirəm və azarkeşlər məni ilk gündən dəstəkləyirlər".
"Transfermarkt" Viktor Osimhenin dəyərini 70 milyon avroya qiymətləndirir. Onun "Qalatasaray"la icarə müddəti 30 iyun 2025-ci ilə qədərdir.
Mirağa