Misli Premyer Liqasının 30-cu turu azarkeşlərə bol həyacan yaşatdı. Lap kəskin süjetli filmlərdə olduğu kimi. Birdən-birə üç qarşılaşmada komandalar geridönüş etməyi bacardılar. “Kəpəz” çətin keçən oyunda “Araz Naxçıvan”a məğlub olmadısa, “Səbail” “Qarabağ”la oyunda əzmkarlıqla mübarizə apardı. Amma səviyyə fərqi özünü göstərdi...
"Səbail" – "Qarabağ" 1:4
Qollar: David Qomis, 73 - Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65.
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 7. Madi Queta.
Baş məşqçi: Elvin Məmmədov.
"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“ASCO Arena”da keçirilən açılış qarşılaşması Leandro Andradenin benfiesinə çevrildi. Onun vurduğu üç qola Abdullah Zubir də öz əlavəsini edində hesab artıq 65-ci dəqiqədə 4:0-a çatmışdı. Komandalar arasındakı səviyyə fərqini nəzərə alanda, bu hesab heç də sürpriz sayılmamalıdır. Maraqlıdır ki, ardıcıl qollara baxmayaraq, meydan sahibləri təslim olmadı, hətta bu qollardan birini əvəzini çıxmağı bacardı. David Qomisin 73-cü dəqiqədə vurduğu qol xeyli baxımlı alındı. Bundan artığını həyata keçirmək isə mümkün olmadı.
“Köhlət atlar” addım-addım çempionluğa doğru yürüməkdədir. Qurban Qurbanovun komandasının aktivindəki xal sayı 73-ə çatıb. Sonuncu pillədəki “Səbail”in isə elitadakı yerini qorumaq şansı isə turlar keçdikcə azalır. “Dənizçilər” cəmi 20 xal toplamağı bacarıb.
“Turan Tovuz” – “Sabah” 2:1
Qollar: Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 - Anatoli Nuriyev, 14.
Qırmızı vərəqə: Pavol Şafranko, 45+1 ("Sabah")
“Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.
"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 33. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
“Turan Tovuz”la “Sabah” hər ikisi uzun müddət idi ki, qələbəyə həsrət qalmışdılar. Bu mənada onların qarşılaşması prinsipial sayıla bilərdi. Rəqibləri birləşdirən daha bir ortaq cəhət hər iki komandanın baş məşqçisinin rusiyalı olması idi. Rusiyalıların Azərbaycanın qərbindəki duelində təcrübəli olan qalib gəldi. Kurban Berdıyevin komandası sonda 3 xalı bayram etdi. Amma bu onlara xeyli çətin başa gəldi. Çünki “Sabah” Nuriyevin 14-cü dəqiqədə vurduğu qolla hesabda önə keçmişdi. Safrankonun hissənin sonlarında qırmızı vərəqə alması işləri korladı. Qeyd edək ki, buna qədər Elçin Məsiyev Bedıyevi də qırmızı vərəqə ilə cəzalandırmışdı. Baş məşqçisinin ehtiyat oyunçular skamyasından qovulması qərbliləri daha da qızışdırdı. Onlar meydanda say üstünlüyü qazandıqdan sonra bu üstünlüyü hesabda da əks etdirməyi bacardılar. Özü də cəmi iki dəqiqə aralığında. 56 və 57-ci dəqiqələrdə vurulan iki qol “Turan Tovuz”a vacib 3 xal qazandırdı.
4-cü sırada möhkəmlənən “Turan Tovuz”un 47 xalı var. Onlar çətin ki, bu pilləni tərk edələr. Çünki 5-ci yerdəki “Sabah” rəqibindən 11 xal geri qalır.
“Sumqayıt” – “Şamaxı” 1:2
Qollar: Roi Kehart, 9 - Maykl Tuik, 57. Alfons Msanqa, 60.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 11. Momo Yansane, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
"Şamaxı": 1. Rikardo Fernandes, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 32. Vasiliye Radenoviç.
Baş məşqçi: Ayxan Abbasov.
Günün ikinci oyununda da oxşar ssenari yaşandı. Amma bir qədər fərqlə. Sumqayıtdakı oyunda meydan sahibləri hesabı açan, fasiləyə öndə yollanan tərəf oldular. Kehart 9-cu dəqiqədə yerli azarkeşləri qolla ayağa qaldırdı. Bu qol ilk 45 dəqiqədə yeganə olunca “Sumqayıt” fasiləyə qalib kimi getdi. Nə olduysa, fasilədən sonra “Şamaxı” meydan sahiblərinin qələbə istəyini gözlərində qoydular. Hətta 1 xal qazanmaq da “Sumqayıt”a müyəssər olmadı. Tuik 57-ci dəqiqədə əlinə düşən fürsəti qaçırmadı. “Sumqayıt” şokdan ayılmamış qapısında ikinci qolu gördü. Alfons Msanqa 60-cı dəqiqədə tablodakı hesabı qonaqların xeyrinə dəyişdi. Bu qol oyunda sonuncu oldu və “Şamaxı” 2:1 hesablı qələbəyə sevindi.
Qələbə sayəsində “Şamaxı” “Sumqayıt”ı tunir cədvəlində üstələdi. Ayxan Abbasovun çalışdırdığı komanda 31 xalla 7-ci sıraya yüksəldi. 8-ci sıradakı “Sumqayıt”ın 29 xalı var.
“Kəpəz” – “Araz-Naxçıvan” 0:0
“Kəpəz”: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 41. Seymur Xəlilov, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
Turun yeganə qolsuz oyunu “Kəpəz”lə “Araz Naxçıvan”ın qarşılaşması oldu. Elmar Baxşıyevin komandası onsuz da az qol buraxmasıyla tanınıb. “Beton səddi” yarmaq “Kəpəz”ə də müyəssər olmadı. Amma “Səbail”in uduzduğu tur da qazanılan 1 xal da gəncəlilər üçün qənimət sayılmalıdır. Elə “Araz Naxçıvan” da bu nəticəyə üzülmədi. Çünki 3-cü pillədə böyük ölçüdə təmin olunub. “Kiçik torpağın” təmsilçisi bürünc medal qazanmağa imkan verən pilləni 52 xalla tutur. 9-cu sıradakı “Kəpəz”in isə 28 xalı var.
“Neftçi” – “Zirə” 2:4
Qollar: Filip Ozobiç, 9. Edvin Kuç, 24 - Rafael Utziq, 43-pen, 75-pen. David Volkov, 61. Ceyhun Nuriyev, 77
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Bu tur “Neftçi” üçün fiaskoya çevrildi. “Ağ-qaralar” hesabda 2:0 önə keçsələr də, bu üstünlüyü qoruya bilmədilər. Özü də “Zirə” bu qolların cavabını 4 ardıcıl qolla verdi. Oxşar ssenari “Şamaxı” ilə oyunda da yaşanmışdı. Həmin vaxt “Neftçi” 2:0 hesablı üstünlüyü əldən vermiş, bərabərliklə kifayətlənmişdi. Bu dəfə isə heç bir xal qazanmaq da mümkün olmadı. Sözsüz ki, ağır yenilgi azarkeşləri də xeyli qəzəbləndirdi. “Neftçi” mövsümü xilas etmək üçün gözünü kuboka dikib, amma “Sabah”ın ilk oyunda səfərdə qələbə qazanması vəziyyəti burda da qəlizləşdirir.
“Zirə” “Qarabağ”ın ən yaxın izləyicisidir. Eyniadlı qəsəbənin təmsilçisi 58 xalla ikinci pillədə bərk dayanıb. 35 xallı “Neftçi” isə mükafatçılar sırasından xeyli uzaqdadır. Samir Abasovun böyük ümidlərlə gətirildiyi komanda 6-cı sıradadır.
Amal Abuşov