Birinci liqa klubu "Bakı Sportinq" baş məşqçisi Elman Sultanovla bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi mütəxəssislə uzunmüddətli - 2030-cu ilin may ayına qədər yeni müqavilə imzalayıb.
Həmçinin komandanın texniki və inzibati heyəti ilə də 2030-cu il may ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, hazırda "Bakı Sportinq" turni cədvəlində 26 xalla 5-cidir.