13:22 15.04.2025 231

"Turan Tovuz"un yeni azarkeş qrupu yarandı - "The Hunans"

"Turan Tovuz" fanatları yeni azad azarkeş qrupu yaradıb.

Fanat.Az xəbər verir ki, bu barədə "The Hunans" adlanan qrupun bəyanatında deyilir.

"Hörmətli "Turan" azarkeşləri, Tovuz və futbol ictimaiyyətinin nümayəndələri, bu bəyanat vasitəsilə "The Hunans" azad azarkeş qrupunun yaranması barədə məlumatı nəzərinizə çatdırmaq istərdik.

"The Hunans" Bakı şəhəri və Tovuz rayonunda yaşayan bir qrup müstəqil və öz klubunu ürəkdən sevən "Turan" azarkeşinin təşəbbüsü ilə yaradılmış azad azarkeş qrupudur. Qrupun əsas məqsədi "Turan Tovuz" futbol klubuna ev və səfər oyunlarında dəstək göstərməkdir. Azarkeş qrupu olaraq missiyamız "Turan" tribunasını daha da inkişaf etdirmək və ölkə səviyyəsində birincilər pilləsinə qaldırmaqdır.

"The Hunans" bu bəyanatdan sonra aktiv fəaliyyətə başlayır. Qrupun fəaliyyətə başlaması üçün bir müddətdir üzvlərimiz tərəfindən intensiv işlər görülməkdədir. Artıq qrupun ilkin strukturu formalaşdırılmış, idarə heyəti və müvafiq koordinatorlar təyin edilmişdir. Qeyd edək ki, "The Hunans” Bakı və Tovuzda olmaqla iki qoldan ibarətdir, lakin idarəetmə vahid bir idarə heyəti vasitəsilə baş tutacaqdır. Qrupumuzda tələblərlə iş, təbliğat və təşviqat, azarkeş bəstələri, texniki və atributika üzrə müvafiq koordinatorlar artıq öz vəzifələrini tutmuşdur.

"The Hunans" azad azarkeş qrupu kimi fəaliyyət göstərəcəyi üçün klubdan heç bir maliyyə dəstəyi almayacaqdır. Qrupun maliyyə fondu üzvlərimizdən könüllülük əsasında toplanan vəsaitlər hesabına formalaşacaqdır.

"The Hunans" azad azarkeş qrupunun yaranması heç bir hadisəyə reaksiya olaraq yox, zərurətdən yaranan təşəbbüs kimi anlaşılmalıdır. Bu təşəbbüs böyük "Turan" tribunasının bölünməsi üçün deyil, əksinə, onun inkişafına xidmət etmək üçündür. "The Hunans” qrupunun yaradıcı üzvləri ümumi "Turan" tribunasının inkişafı ilə bağlı əlavə imkanlar gördüyü üçün yeni azad azarkeş qrupunun yaranmasını zəruri hesab etmişdir. Daha öncə də qeyd etdiyimiz kimi missiyamız "Turan" tribunasını inkişaf etdirmək və komandamıza ən yaxşı şəkildə dəstəyimizi göstərməkdir.

Qrupumuzun gələcək fəaliyyəti və yeniliklər barədə məlumat əldə etmək üçün bizi sosial media səhifələrimizdən izləyə bilərsiniz".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
12:50

Girassi kimisi ÇL tarixində olmayıb

12:32

Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

12:14

PSJ tarixi uğura imza atdı

11:55

"Bu bizə müxtəlif problemlər yaradırdı" - Xviça Kvaratsxeliya

11:37

"Bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur" - Mahir Emreli

11:18

Luis Enrike PSJ-ni dünyanın ən yaxşı komandası adlandırdı

10:59

Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

10:41

ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

10:23

Klopp İspaniyadan "yox" deyə bilməyəcəyi təklif aldı - SON DURUM

10:04

Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

09:45

"Biz yarımfinaldayıq və əsas da odur" - "Barselona"nın baş məşqçisi

09:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

21:43

Azərbaycan millisi AÇ ilə məğlubiyyətlə vidalaşdı

21:10

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürdü

20:47

"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı" - Roy Kin

20:22

Azərbaycan qılıncoynadanları dünya birinciliyində nə ilə yadda qaldılar?

19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

15:57

"İnter"in İnzagi ilə bağlı yekun qərarı bəlli oldu

15:38

"Gərək bizə təşəkkür edəsiniz" - Antonio Konte

15:19

Neymar baş məşqçisiz qaldı - RƏSMİ

15:00

Anri Salahı təriflədi

14:43

MPL: XXXI turun təyinatları açıqlandı

14:25

"Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var" - Aqil Nəbiyev

14:07

Poqba bu beş liqadan birini seçəcək

13:49

İngiltərə nəhəngi Rütteri transfer etməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X