Argentina millisinin və "İnter Mayami" klubunun hücumçu Lionel Messi oyunundakı dəyişikliklərdən danışıb.
Fanat.Az xəbər verir ki, "Inter Miami News Hub" 38 yaşını tamamlamaq üzrə olan superulduzun dediklərini belə çatdırıb:
"Hücumda kiminlə oynayıramsa, istər klubda Luis Suares, istərsə də milli komandanın gənc oyunçuları Julian Alvares və Lautaro Martines olsun, onlara uyğunlaşmağa çalışıram. Çünki gəncliyimdə əlimdə olan imkanlar artıq yoxdur. Amma hər cür kömək etməyə çalışıram. Bir tərəfdən bu, hətta yaxşıdır, çünki yeni keyfiyyətlər qazanmışam".
Lionel bu mövsüm "İnter Mayami"nin heyətində 10 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa