Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış oyununda avrokuboklara can atan iki bölgə komandası - "Araz-Naxçıvan"la "Turan Tovuz" üz-üzə gəliblər. Görüş qollu bərabərliklə nəticələnib.
"Araz-Naxçıvan"la "Turan Tovuz"un bu mövsümkü 3 duelindən ikisində Elmar Baxşıyevin komandası qalib gəlmiş (2:1, 1:0), digərində isə Berdiyevin yetirmələri üstün olmuşdular (1:0).
Qeyd edək ki, tura 20 apreldə yekun vurulacaq.
Misli Premyer Liqası
31-ci tur
18 aprel
"Araz-Naxçıvan" – "Turan Tovuz" 1:1
Qollar: İssuf Paro, 52 - Faiq Hacıyev, 33.
Qırmızı vərəqə: Vanderson Melo, 77 ("Araz-Naxçıvan").
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
Mərdəkan. "Liv Bona Dea Arena".
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 23. Nuno Rodriqes, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Məşqçi: Yunis Hüseynov.