“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim UEFA Avropa Liqasının yarımfinal mərhələsinə yüksəldikdən sonra keçirdiyi emosiyaları bölüşüb.
Fanat.Az xəbər verir ki, "TNT Sports" portuqaliyalı mütəxəssisin dediklərini belə təqdim edib:
"İlham almaq üçün 1999-cu ilin treblinə dair sənədli filmə baxmışdım. Əla axşam idi. Komanda yorğun idi, hesab 2:4 idi və biz hər şeyin bitdiyini düşünürdük. Amma Brunonun penaltidən vurduğu qoldan sonra oyunu dəyişə biləcəyimizi hiss etdik. Bura "Old Trafford"dur, burda hər şey mümkündür".
Qeyd edək ki, “qırmızı şeytanlar” “Olimpik Lion”a qarşı cavab oyununda 2:0 öndə olsa da, əsas vaxtda 2:2 hesablı heç-heçə edərək qələbəni əldən verib. Qonaqlar 89-cu dəqiqədə bir nəfərlə qalsalar da, əlavə vaxtda daha iki qol vurmağa güc tapdılar – 4:2. Bununla belə, “Mançester Yunayted” əlavə vaxtda say üstünlüyündən yararlanıb. 114-cü dəqiqədə Brunu Fernandeş penaltidən, Kobbi Mainu ilə Harri Maquayr isə 120 və 121-ci dəqiqələrdə oyun epizodundan qol vuraraq, komandanı yarımfinala daşıyıblar – 5:4 (ümumi hesabda 7:6).
Mirağa