2025/26 mövsümündə Çempionlar Liqasında La Liqanın beş təmsilçisi olacaq.
Fanat.Az xəbər verir ki, bu, həftəiçi avrokuboklardakı nəticələrdən sonra reallaşıb.
"Latsio"nun AL-dən kənarlaşdırılması, əvəzində "Barselona", "Atletik" və "Betis"in uğurlu çıxışını davam etdirməsi İspaniya La Liqasını UEFA-nın əmsallar cədvəlində İtaliya A Seriyası üçün əlçatmaz edib.
"İnter"lə "Fiorentina"nın müvafiq olaraq Çempionlar Liqasının və Konfrans Liqasının yarımfinalına yüksəlməsinə baxmayaraq, İtaliya mövqeyini yaxşılaşdıra bilməyəcək.
Xatırladaq ki, ötən gün “Latsio” “Budyo Qlimt”ə penaltilər seriyasında uduzaraq Avropa Liqasını tərk edib.
Bundan əvvəl İngiltərə Premyer Liqası növbəti mövsüm üçün Çempionlar Liqasında əlavə yer ayırmışdı.
Mirağa