"Mançester Yunayted"in futbolçusu Co Tompson uzun sürən xəstəlikdən sonra 36 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə mankunianların mətbuat xidməti məlumat yayıb.
Futbolçu karyerasına “Mançester Yunayted”in gənclər komandasında başlayan Tompson peşəkar futbolda debütünü “Roçdeyl”in heyətində edib. Tompson həmçinin, "Tranmere", "Kralayl" və "Reksem" klublarında oynayıb.
Hələ 2013-cü ildə həkimlər futbolçuya limfa xərçəngi diaqnozu qoysalar da, o, remissiyaya nail ola bilib. 2017-ci ildə xəstəlik yenidən özünü göstərsə də, oyunçu ikinci dəfə dəhşətli xəstəliyə qalib gəlib. Bununla belə, 2024-cü ilin aprel ayının əvvəlində “Mançester Yunayted”in keçmiş oyunçusunun ağciyərlərinə yayılan xərcəngin 4-cü mərhələdə olduğu müəyyən olunub. Bir illik mübarizədən sonra o, xəstəliyə təslim olub.
Mirağa