Azərbaycan 1-ci Liqasında 22-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə 2 matç baş tutub.
Hər iki görüş çempionatın qalibinin erkən müəyyənləşməsi baxımından prinsipiallıq daşıyırdı. "Qəbələ" "İmişli" səfərində qələbə qazanmaqla, son 5 turun nəticəsindən asılı olmayaraq, qızıl medalları özünküləşdirəcəkdi. MOİK - "Karvan" oyununun nəticəsindən asılı olaraq, hətta heç-heçə də vəzifənin öhdəsindən gəlməyə kifayət edəcəkdi. Yevlaxlılar paytaxtda xal itkisi ilə üzləşiblər. Kaxaber Tsxadadzenin komandası isə cari mövsümdə ilk yenilgisi ilə üzləşib və beləliklə, çempionluğu bayram etməsi təxirə düşüb.
Turun digər oyunlarının nəticələri:
“Cəbrayıl” – “Mingəçevir” 2:0
“Baku Sportinq” – “Qaradağ Lökbatan” 0:1
“Difai” – “Zaqatala” 1:0
1-ci Liqa
22-ci tur
18 aprel
MOİK - "Karvan" 1:1
Qollar: İ.Əliyev, 28 - E.Morgan, 83.
"İmişli" - Qəbələ" 1:0
Qol: E.Rəhimzadə, 7-pen.