İran çempionatında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan klubu “Traktor” da növbəti matçına çıxıb.
Təbriz təmsilçisi doğma "Səhənd" stadionunda “Malavan"ı sınağa çəkib.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv rəqibini darmadağın edib - 3:0. "Qurdlar"ın heyətində baş məşqçinin həmyerlisi Domaqoy Drozdek dubl edib, daha bir dəfə isə Əmirhüseyn Hüseynzadə fərqlənib.
“Traktor” bu qələbə sayəsində xallarının sayını 58-ə çatdırıb. Bir oyun az keçirən (26) təbrizlilərin ən yaxın rəqibi “Sepahan” 27 oyunda 56 xalla təqibi davam etdirir.
Qeyd edək ki, İran çempionatında mövsüm 30 turdan ibarətdir.