"Real"ın sabiq yarımmüdafiəçisi, niderlandlı veteran futbolçu Rafael van der Vart Madrid klubunun hazırkı müdafiəçisi Antonio Rüdigerin oyunu ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, o, “Real”ın rəqibə uduzduğu anlarda Rüdigerin kobud davranışına toxunub.
"Defensa Central" van der Vartın dediklərini belə çatdırıb:
"Mən Almaniyada oynayarkən ("Hamburq") o, "Ştutqart"da çıxış edirdi. Bir dəfə oyunda qarnıma vurdu və qırmızı vərəqə aldı. Bilirsən, o, bir az axmaqdır".
Van der Vaart Çempionlar Liqasında Rüdigerin "Mançester Siti"nin hücumçusu Erlinq Holandla qarşıdurmasını da xatırladıb.
Alman futbolçu bu mövsüm "Real"ın heyətində bütün klub turnirlərində 47 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa