Fransanın PSJ klubunun vingeri Usman Dembele “Qızıl top” uğrunda mümkün mübarizədən danışıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu "Prime Video"ya açıqlamasında bu barədə fikirlərini bölüşüb:
"Qızıl top" üçün mübarizə aparmaq? İndi ən önəmlisi PSJ-nin əsl komanda kimi oynamasıdır. Meydana birlikdə çıxmaqdan zövq alırıq. Hələ qarşıda çox yolumuz var. Mənim üçün komandamla qazandığım kuboklardan yaxşı heç nə yoxdur".
Xatırladaq ki, Fransa nəhəngi Liqa 1-də vaxtından əvvəl çempionluğu qeyd edib. Üstəlik, Luis Enrikenin komandası UEFA Çempionlar Liqasının yarımfinalındadır və burada London "Arsenal"ı ilə qarşılaşacaq.
Mirağa