Rusiyada iki futbolçu ömürlük diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, Rusiya Futbol İttifaqı (RFU) bu barədə qərarı rəsmi saytı vasitəsilə açıqlayıb.
Bildirilib ki, Nəzarət və İntizam Komitəsinin qərarı ilə Nikita Merzlyuk və Kadırqali Simbayevin futbolla bağlı hər hansı fəaliyyətə ömürlük qadağa qoyulub. Cəzaya səbəb onların Rusiya kubokunda “Amkal” və “Kolomna” komandaları arasında danışılmış oyunda iştirakı olub.
Oyun ötən ilin avqustunda baş tutub. Merzlyuk və Simbayev "Kolomna"nın oyunçuları olublar.
Xatırladaq ki, sözügedən matç avqustun ilk günündə baş tutub və “Amkal” Rusiya kubokunda “Kolomna”ya 8:1 hesabı ilə qalib gəlib.
Mirağa