İngiltərənin "Kristal Pelas" klubu müdafiəçi Daniel Munyos ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı London təmsilçisinin mətbuat xidməti paylaşıb.
Munyos "qartallar"a 2024-cü ilin yayında qoşulub.
Bu müddətdə o, klubda 54 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu mövsüm isə bütün turnirlərdə 38 rəsmi matçda 6 qol vurub və bir o qədər də məhsuldar ötürmə müəllifi olub.
"Transfermarkt" cinah müdafiəçisinin dəyərini 25 milyon avro qiymətləndirir.
Munyos Kolumbiya millisinin oyunçusudur. O, millidə 38 oyun keçirib və 3 qol vurub.
Mirağa