Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi son oyunun vaxtı və yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız mayın 30-da Litva seçməsini qəbul edəcək.
Millimiz litvalı həmcinsləri ilə “ASCO Arena”da qarşılaşacaq. Siyasət Əsgərovun yetirmələri həlledici matça saat 20:00-da çıxacaq.
Hazırda Monteneqro və Azərbaycan hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Mayın 30-da millimizin qonağı olacaq autsayder Litva isə iyunun 3-də Monteneqronu qəbul edəcək.